www.science.az
27.01.2014 00:00

Adil Mirabdullayevin «Российкая Федерация – страны СНГ» kitabı Almaniyada nəşr olunub

AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər doktoru Adil Mirabdullayevin «Российкая Федерация – страны СНГ» (Стратегические приоритеты и политические реалии постсоветского периода) adlı monoqrafiyası Alman Milli Kitabxanası tərəfindən rus dilində nəşr olunub.

Monoqrafiyada Rusiya Federasiyasının MDB ölkələrindəki strateji prioritetləri araşdırılmış, onun Mərkəzi Asiyada, Cənubi Qafqazda, Pribaltikada, Moldova, Belarusiya və Ukraynada xarici siyasi maraqlarının öyrənilməsi haqqında geniş araşdırma aparılıb. Həmçinin kitabda postsovet məkanında Rusiya Federasiyasının xarici siyasət kursunun əsas formalaşma mərhələləri təhlil edilib, qonşu ölkələrdə Rusiyanın həyata keçirdiyi strategiyasının əsas istiqamətləri öyrənilərək müəyyənləşdirilib.

Bundan başqa, monoqrafiyada Rusiyanın baltikyanı ölkələr, Mərkəzi Asiya və region ölkələrilə qarşılıqlı münasibətlərinin əsas parametrləri, apardığı siyasi xətt aydınlaşdırılmış, habelə Cənubi Qafqazda, xüsusilə Azərbaycan Respublikasında müasir dövrdəki strateji maraqları təhlil edilmişdir.

Elmi işçilər, tələbələr, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutlan kitab AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.