Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

İxtiraçı-alimlər gilasdan raket yanacağı hazırlamağa müvəffəq olublar
29.08.2016 12:33
  • A-
  • A
  • A+

İxtiraçı-alimlər gilasdan raket yanacağı hazırlamağa müvəffəq olublar

Bolqarıstanın gilas paytaxtı sayılan Küstendil şəhərindən olan alimlər doluya qarşı raketlər üçün yeni yanacaq növü hazırlayıblar. Hazırlanmış yanacağın əsasını gilasın emalı nəticəsində alınmış məhsul təşkil edir.

Aerokosmik texnologiyalar klubunun rəhbərlərindən biri Kristofor Skandalievin sözlərinə görə, doluya qarşı raketlərdə istifadə ediləcək ekoloji təmiz yanacağın əsas üstünlüyü onun ətraf mühiti zərərli xlor tullantılarıyla çirkləndirməməsidir.

Sözügedən ekoloji təmiz yanacağın alınmasında aşağı keyfiyyətli (çox yetişmiş, çürümüş, qurumuş) giləmeyvələr istifadə edilir. Gilasın ilkin emalından sonra tərkibində böyük miqdarda şəkər olan biokütlə alınır. Daha sonra isə alınmış bu biokütlədən yanacaq materialı hazırlanır. Bu maddənin bir neçə qaşığı iki kiloqram çəkiyə malik raketi 600 metrdən çox hündürlüyə buraxmaq üçün kifayətdir.

 www.tass.ru

  • Paylaş: