www.science.az
29.08.2016 12:38

“Qoşadaş” sahəsində kəşfiyyat və seysmik işləri həyata keçiriləcək

Malayziyanın “Petronas” şirkəti “Şimali Abşeron” Azərbaycan neftli-qazlı rayonunun (ANQR) “Qoşadaş” sahəsində kəşfiyyat və seysmik işləri həyata keçirəcək.

Bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib.

Akademik bildirib ki, əgər həmin işlər nəticə verərsə, tədqiqatlar genişləndiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.