www.science.az
24.01.2014 00:00

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri AMEA Əlyazmalar İnstitutunda olub

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

Qonağı salamlayan institutun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimov rəhbərlik etdiyi müəssisənin yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verib.

Görüşdə Səudiyyə Ərəbistanı ilə Azərbaycanın vahid bir islam mədəniyyətini təmsil etdiyi vurğulanıb, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Əlyazmalar sərgisi ilə yaxından tanış olan səfir institutda zəngin irsin qorunması, təmsil etdiyi ölkənin qurumları ilə müvafiq müqavilələrin bağlanılması istiqamətində dəstək göstərməyə hazır olduğunu bildirib.

P.Kərimov əlyazmaların bərpası və rəqəmsallaşdırılması sahəsində birgə əməkdaşlığın vacibliyini də qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.