www.science.az
23.08.2016 16:28

ABŞ-ın Konqres Kitabxanası AMEA-nın Mərkəzi Elmi Kitabxanasına multikulturalizmlə bağlı növbəti kitabı hədiyyə edib

Beynəlxalq kitab mübadiləsi çərçivəsində ABŞ-ın Konqres kitabxanası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) növbəti kitabı hədiyyə edib.

Amerikanın Katolik Universitetinin dinşünaslıq üzrə professoru Antonoi Lopezin və İspaniyanın Eklesiastika San Damaso Universitetinin sistematik dinşünaslıq üzrə professoru Xavier Pradesin həmmüəllifləri olduqları kitabda liberal cəmiyyət çərçivəsində müxtəlif mədəniyyətlərin mövcud olduğu şəraitdə Qərb multikulturalizminin fəlsəfi, hüquqi və dini kökləri tədqiq edilir.

Hazırda ölkəmizdə multikulturalizmin geniş təbliğ olunduğunu nəzərə alaraq, bu kitab oxucularımız üçün faydalı olacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.