www.science.az
23.08.2016 09:21

Çinin Kommersiya nazirinin müavini Milli Azərbaycan Tarixi Muzeyində olub

Çin Xalq Respublikasının Kommersiya nazirinin müavini Çyan Keminin başçılıq etdiyi nümayəndə heyəti AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Qonaqları salamlayan muzeyin ekspozisiyanın təhkükəsizliyi üzrə direktor müavini Həbibə Əliyeva onları tariximizin ən qədim dövrdən bü günə qədər əks etdirdiyi ekspozisiya zalları ilə tanış edib, onları maraqlandıran sualları ətraflı cavablandırıb.

Neft milyonçusu, xeyriyyəçi H.Z.Tağıyevin ev mülkündə yerləşən Şərqlə Qərbin memarlıq üslubunu özündə əks etdirən muzey binası, xüsusilə möhtəşəm Şərq və Avropa zalları çinli qonaqların böyük marağına səbəb olub.

Sonda qonağa müxtəlif kataloq və bukletlər hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.