Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub
19.08.2016 14:55
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşının məqaləsi nüfuzlu jurnalda dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovanın “Big Data Challenges in Biometric Technology” (Biometrik texnologiyalarda Big Data problemləri) adlı məqaləsi “International Journal of Education and Management Engineering” beynəlxalq elmi jurnalında dərc olunub.

Məqalə biometrik texnologiyalarda “Big Data”nın tətbiqi problemlərinə həsr olunub. Məqalədə “Big Data” və qabaqcıl bulud texnologiyalarının biometrik texnologiya sahəsində tətbiqi haqqında ətraflı məlumat verilir, milli təhlükəsizlik, hüquq mühafizə sistemi və müdafiə orqanlarında “Big Data” texnologiyalarından istifadənin üstünlükləri diqqətə çatdırılır.

Qeyd edək ki, “MECS Publisher” tərəfindən nəşr olunan jurnal “Google Scholar”, “CrossRef”, “Scirus”, “CNKI Scholar” kimi beynəlxalq elmi bazalarda indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: