www.science.az
02.10.2013 00:00

“Əmir Teymur” əsəri müasir əlifbada işıq üzü görmüşdür

“Elm və təhsil” nəşriyyatında macar alimi German Vamberinin ilk dəfə 1917-ci ildə Bakıda Orucov qardaşları mətbəəsində çap edilmiş “Əmir Teymur” əsəri müasir əlifbada işıq üzü görmüşdür.

Böyük türk imperatoruna həsr edilmiş bu kitabı tarix elmləri doktoru Tahirə Həsənzadə müasir əlifbaya çevirmiş, lüğət tərtib etmişdir.  

Kitabın redaktoru tarix elmləri doktoru Fərid Ələkbərlidir.

 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.