Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

18.08.2016 14:52
  • A-
  • A
  • A+

"Şəki və şəkililər" kitabının təqdimat mərasimi keçirilib

"Şəki və şəkililər" kitabının təqdimat mərasimi keçirilib

AMEA Şəki Regional Mərkəzində tanınmış jurnalist Firəngiz Xancanbəyovanın "Şəki və şəkililər" kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Firəngiz Xancanbəyova müəllifi olduğu kitabın məziyyətindən söz açıb, nəşrin əhəmiyyətini vurğulayıb.

Mərasimdə AMEA Şəki Regional Mərkəzinin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, Pedaqoji elmlər doktoru, professor Firədun İbrahimov, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Şəki-Qax-Oğuz arxeoloji qrupunun rəhbəri Nəsib Muxtarov, Şəki Regional Mərkəzinin Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov və filoloq-şair Şahid Məmmədkərimov təqdim edilən əsəri ve müəllifin əməyini yüksək dəyərləndiriblər.

Tədbirdə digər çıxış edənlər Şəkinin zəngin tarixinin öyrənilməsində kitabın rolundan danışıblar. Nəşrin tariximiz, cəmiyyətimiz üçün dəyərli töhfə olduğunu bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: