Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Magistr” jurnalının yeddinci nömrəsi nəşr edilib
16.08.2016 16:11
  • A-
  • A
  • A+

“Magistr” jurnalının yeddinci nömrəsi nəşr edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının yeddinci nömrəsini nəşr etdirib.

Jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub. Həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları təqdim edilir.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrlar 2016-cı il avqustun 16-dan 25-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim edib qeydiyyatdan keçməlidirlər. 2016-cı ilin məzunları digər sənədlərlə birlikdə ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Bakalavrın göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisaslaşmaya yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanların siyahısından xaric ediləcəkdir.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən almaq mümkündür. Nəşrin elektron versiyasını (PDF formatında) TQDK saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: