Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ekoloji problemlərlə mübarizə apara bilən mineral aşkar olunub
11.08.2016 15:47
  • A-
  • A
  • A+

Ekoloji problemlərlə mübarizə apara bilən mineral aşkar olunub

Alimlər Sibir şaxtasında qəribə mineral aşkar ediblər. Hələ 1980-ci illərdən başlayaraq mütəxəssislər bu tip mineralların yetişdirilməsi istiqamətində işlər aparıblar. Belə ki, tədqiqatçılar bu tip mineralların təbiətdə mövcud olmadığını hesab edirdilər.

Təbiətə atılan tullantılar səbəbindən gələcəkdə dünyada baş verə biləcək ekoloji fəlakətin qarşısının alınmasında bu tapıntının çox böyük faydası ola bilər. Belə ki, elm adamlarının sözlərinə görə laboratoriyada da süni yolla yetişdirilən “metalorqonik baza” adlı bu mineral hidrogen və karbon monoksit tipli qazları süngər kimi özünə çəkir.

Mütəxəssislər bu növ cisimlərin təbiətdə hələ 30 il əvvəl tapıldığını, lakin o zaman bunu araşdırması üçün texnologiyanın yetərli qədər inkişaf etmədiyini irəli sürüblər.

www.hitech-news.ru

  • Paylaş: