www.science.az
10.08.2016 09:07

Alimlər ilk dəfə insanın qan dövranından enerji əldə ediblər

İsveçin Malme Universiteti və Kurçatov İnstitutunda çalışan alimlər qrupu tərəfindən ilk dəfə olaraq insan üzərində sınaqdan keçirilmiş yanacaq elementi elektrik enerjisi yaratmaq qabiliyyətinə malikdir.

www.newizv.ru saytı xəbər verir ki, elektron mürəkkəb texnologiyasına əsaslanan miniatür ekranı enerji ilə təmin edən qurğu iki boruşəkilli qrafit elektroddadan ibarətdir və onların üzərindən qan cərəyanı hərəkət edir.

Birinci elektrodda hidrogen ionların ayrılması ilə müşayiət olunan qlükozanın oksidləşməsi, ikinci elektrodda qanda həll edilmiş oksigenin bərpası reaksiyası gedir. Dörd hidrogen ionu və bir oksigen molekulunun reaksiyası nəticəsində iki su molekulu əmələ gəlir və iki elektrod arasında elektrik gərginliyi yaranır. Bu halda alimlər reaksiya prosesini sürətləndirmək üçün elektrodların səthinə zülal-fermentlər çəkiblər.