www.science.az
03.08.2016 11:18

Alimlər burunda geniş spektrə malik olan yeni antibiotik aşkar ediblər

Bakterial infeksiyaların müalicəsi metodunun axtarışları zamanı alimlər tərəfindən yeni antibiotik aşkar edilib.

Həyata keçirilən analizlər təxminən 30% insanın burun boşluğunda qızılı stafilokokkun bakteriyalarının yaşadığını göstərib. Qeyd edək ki, bu bakteriyanın antibiotiklərə qarşı ən dayanıqlı olan metisillin-rezistent qızılı stafilokokk növü bütün dünyada sağlamlıq üçün böyük təhlükə kəsb edir.

Bununla yanaşı, alimlər burun boşluğunda yaşayan Staphylococcus lugdenensis adlı başqa bakteriyaya da rast gəliblər. Onlar iddia edirlər ki, məhz bu bakteriya öz antibiotikini ifraz edərək bəzi insanlarda stafilokokkun yayılmasının qarşısını alır.

Tyubingen Universitetinin mikrobioloq-alimi Andreas Peşel və onun həmkarları yeni “luqdunin” adlandırdıqları bu antibiotiki qızılı stafilokokka yoluxmuş gəmiricilər üzərində testdən keçirərək uğurlu nəticə əldə ediblər. Onlar antibiotikin bakteriya ilə effektiv mübarizə aparırdığını müəyyən ediblər.

www.nkj.ru