Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Kərbəla şəhərindəki İmam Hüseyn Muzeyinin nümayəndəsi Milli Azərbaycan Tarixi Muzeyində olub
01.08.2016 19:31
  • A-
  • A
  • A+

Kərbəla şəhərindəki İmam Hüseyn Muzeyinin nümayəndəsi Milli Azərbaycan Tarixi Muzeyində olub

İraqın Kərbəla şəhərindəki İmam Hüseyn Muzeyinin nümayəndəsi Alaa Ahmed Dheaaddin Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olub.

Bu elm müəssisəsinin fəaliyyəti barədə qonağa ətraflı məlumat verilib.

Muzeydə mühafizə olunan, islam dininə aid eksponatlar A.Dheaaddinin daha çox diqqətini çəkib. Ekskursiyanın məqsədi Milli Azərbaycan Tarixi Muzeyində qorunan, islam dininə aid eksponatlar haqqında proqram hazırlayıb iraqlı tamaşaçıları Azərbaycanda islam dininin tarixi ilə tanış etmək olub.

Qonaq Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya üzərində İmam Hüseyn Muzeyinin loqosu olan hədiyyə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: