Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Mətbuat tarixi və publisistika məsələləri” məqalələr toplusu nəşr olunub
01.08.2016 13:23
  • A-
  • A
  • A+

“Mətbuat tarixi və publisistika məsələləri” məqalələr toplusu nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsi “Mətbuat tarixi və publisistika məsələləri” məqalələr toplusunu nəşr etdirib.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi bu elm müəssisəsinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, tərtib edəni professor Asif Rüstəmli, rəyçilər isə filologiya elmləri doktorları Vaqif Yusifliİslam Qəriblidir.

Topluya maraqlı, ciddi məqalələr daxil edilib, aktual problemlərə toxunulub. “Ziya”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həqiqəti-Əfkar”, “Kommunist”, “Ədəbiyyat qəzeti”, “Azərbaycan” və digər qəzet və jurnallarla bağlı aparılan araşdırmalar milli istiqlal prizmasından dəyərləndirdikdə böyük aktuallıq kəsb edir. Nəşr mətbuat tariximizi tədris edənlər və öyrənənlər üçün yeni faktlarla, mötəbər və əhəmiyyətli məlumatlarla zəngindir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: