www.science.az
01.08.2016 10:12

Alimlər karbon qazını yanacağa çevirə bilən Günəş batareyaları hazırlayıb

Amerika Birləşmiş Ştatlarının alimləri tərəfindən karbon qazını karbohidrogen yanacağa effektiv şəkildə çevirə bilən günəş panelləri hazırlanıb.

Çikaqonun İllinoys ştatının universitenin əməkdaşı Amin Salehi Hocinin sözlərinə görə, bu cür Günəş batareyaları fotoelektrik deyil, fotosintetik qurğu hesab olunur. Sözügedən panellərdən istifadə edərək Günəş işığının enerjisinin köməyilə SO2-ni yanacağa çevirmək mümkündür. Nəticədə biz qazıntı yanacağından imtina edərək, prinsipial olan yeni enerji istehsalına yönəlirik.

Pulcuqlar şəklində olan volfram diselenid katalizatoru 1-etil-3-metilimidazol tetraftorborat tərkibli mayeyə daxil edilir. Həmin maye karbon qazını komponetlərə parçalayaraq əmələ gələn enerjini suyun oksigen və hidrogenə çevirilməsi üçün istifadə edir. Bu prosesi isə enerjiylə katalizatorun işi üçün elektrik istehsal edən Günəş panelləri təmin edir.

www.planet-today.ru