Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA ilə "Kinemetriks" şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
26.07.2016 15:51
  • A-
  • A
  • A+

AMEA ilə "Kinemetriks" şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Ölkəmizdə səfərdə olan ABŞ-ın "Kinemetriks" şirkətinin prezidenti Ogie Kuraica AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevlə görüşüb.

AMEA Rəyasət Heyətində baş tutan görüşdə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak edib.

Görüşdə ABŞ-ın "Kinemetriks" şirkəti ilə AMEA arasında əlaqələrin möhkəmləndirilməsi və ardıcıl birgə fəaliyyətin təşkili, qarşılıqlı təcrübə mübadiləsi və kadr hazırlığı məsələləri müzakirə olunub.

Həmçinin Ogie Kuraicanın iştirakı ilə azərbaycanlı və amerikalı mütəxəssislər tərəfindən yaradılacaq RSXM-nin Naxçıvan Məlumat Mərkəzi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvanda yaradılacaq Məlumat Mərkəzində muxtar respublikada qeydə alınan zəlzələlərə dair məlumatların emalı və aparılan seysmoloji tədqiqat işlərinin genişləndirilməsi, eləcə də yerli kadrların hazırlanması nəzərdə tutulur.

Görüşdə AMEA-nın vitse-prezidenti yerli və xarici mütəxəssislərin seysmologiya sahəsində birgə tədqiqatlar aparmasının əhəmiyyətini önə çəkib. İ.Quliyev qarşılıqlı təcrübə mübadiləsinin seysmologiya elminin inkişafına yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.

Ogie Kuraica isə öz növbəsində Azərbaycanda aparılan seysmoloji tədqiqatlar barədə məlumat verib, Naxçıvan Məlumat Mərkəzinin yaradılmasının gələcəkdə aparılacaq tədqiqat işləri üçün əhəmiyyətli olacağını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: