www.science.az
26.07.2016 09:40

Pasiyent haqqında məlumatları kompyuterə ötürən cərrahi tikiş materialı yaradılıb

ABŞ alimləri yaranı sağaltmağa kömək edən və xəstənin vəziyyəti barədə informasiyanı kompyuterə translyasiya etməyə imkan verən cərrahi tikiş materialı prototipini hazırlayıblar.

tass.ru/nauka saytı xəbər verir ki, parça lifləri sanki “kimyəvi və fiziki müşahidə” aparmağa imkan verən sensor və elektrodlarla toxunulub. Belə nanoölçülü ötürücülər qan təzyiqi, bədən temperaturu, şəkər səviyyəsi və hətta stress kimi göstəriciləri izləyə bilirlər.

Mütəxəssislərin fikrincə, bütün bu məlumatları simsiz üsulla istənilən qəbuledici qurğulara, məsələn, smartfon və ya kompyuterlərə real vaxt rejimində göndərmək mümkün olacaq. Nəzəri baxımdan bunun həkimlərin işini xeyli asanlaşdıracağı gözlənilir. Hazırda alimlər sınaqların yalnız siçovullar üzərində keçirilməsinə görə nəticəyə zəmanət verə bilməsələr də, onun yekunundan razıdırlar.

Tədqiqat iştirakçılarından biri, nanotexnologiyalar laboratoriyasının direktoru Samir Sonkusalın sözlərinə görə, belə “ağıllı” tikiş və bintlər dərinin sağalmasını izləməyə imkan verəcək, eləcə də onlardan sağlamlıq vəziyyətinin monitorinqi üçün istifadə etmək mümkün olacaq.