Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mülki müdafiə üzrə metodiki məşğələ keçirilib
30.09.2013 00:00
  • A-
  • A
  • A+

Mülki müdafiə üzrə metodiki məşğələ keçirilib

AMEA Rəyasət Heyətinin II Xüsusi şöbəsi tərəfindən akademiyanın mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq məşğələ keçirilib.

Məşğələdə AMEA-nın elmi müəssisə və təşkilatlarının mülki müdafiə qərargah rəisləri və mütəxəssisləri iştirak ediblər.

Tədbirdə məruzələrlə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Dövlət yanğın nəzarəti işinin təşkili şöbəsinin böyük-müfəttişi, daxili xidmət polkovnik-leytenantı Sahil Məmmədov, Lisenziya və sertifikatlaşdırma şöbəsinin baş mütəxəssisi, daxili xidmət polkovnik-leytenantı Miryəhya Ağalarov yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verib.

II Xüsusi şöbə rəisi Eldar Quliyev xatırladıb ki, hər ayın ilk həftəsi mülki müdafiə planına uyğun metodiki məşğələ keçirilir. Məşğələlərdə ehtimal olunan fövqəladə hadisələrin qarşısının alınması məsələləri, bu cür hallarda rəhbər heyətin fəaliyyəti və əməkdaşların davranış qaydaları haqqında fikir mübadiləsi aparılır.

Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsi yaymışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: