www.science.az
20.07.2016 16:55

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının iştirakı ilə regional təlimlərə start verilib

AR Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin alim heyətinin iştirakı ilə iki müəssisə arasında imzalanmış anlaşma memorandumuna əsasən bölgələr üzrə keçiriləcək ilk təlimlər başlanıb.

Bu gün Tərtər rayonunun Heydər Əliyev Mərkəzində 12 rayonu təmsil edən Tarix və Tarix–Diyarşünaslıq muzeylərinin işçilərinə “Tarix və Tarix Diyarşünaslıq Muzeylərində fond və ekspozisiya işinin təşkili” adlı təlim keçirilib.

Tədbirin əsas hədəfi fond və ekspozisiya işinin səmərəli və müasir tələblərə uyğun təşkilidir. Təlimçilər tərəfindən beynəlxalq təcrübə, habelə mövcud qanunvericilik haqqında geniş məruzələr dinlənilib.

Təlimin sonunda muzeylərdə müşayiət olunan problemlər haqqında iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb.

Sonda muzey işçiləri xüsusi sertifikatlarla təltif olunublar.

Yerlərdə təlimlərin təşkili ilə yanaşı, muzey işinə həsr olunmuş birgə metodiki vəsaitlərin hazırlanması da nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.