Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Fiziklər informasiya yazılışı sıxlığında rekorda imza atıblar
20.07.2016 13:26
  • A-
  • A
  • A+

Fiziklər informasiya yazılışı sıxlığında rekorda imza atıblar

Delfta Universitetinin fizikləri bir bitin kodlaşdırılması üçün bir neçə atomun istifadə olunduğu rekord yüksək informasiya sıxlığına malik qurğu yaradıblar. Belə texnologiya bir kvadrat santimetr səth üzərində təxminən on terabayt tutumda informasiya yazmağa, ənənəvi sərt disklər üzərində isə yüzlərlə terabayt yerləşdirməyə imkan verəcək.

nplus1.ru saytı xəbər verir ki, alimlər bir kilobayt tutumlu yaddaş modulu icad ediblər. Qurğunun əsasını monokristalı misdən ibarət düz atomar maye təbəqə təşkil edir. Mütəxəssislər onun üzərində ideal kvadrat tor quran xlor atomlu konstruksiyalar qurublar. Torda yerləşən “xana”lar vasitəsilə tədqiqatçılar sətirlərdə bitləri kodlaşdırmağa nail olublar. Onlar informasiyanın yazılması və təkrar yazılması üçün skan edən tunel mikroskopunun iynəsi vasitəsilə biratomluların yerini dəyişiblər.

Bildirilir ki, qurğu bəşəriyyətin biratomluların manipulyasiyası vasitəsilə yaratdığı nəhəng obyektdir. Alimlərin sözlərinə görə, qurğuda yazma sıxlığı qabaqcıl texnologiyalarda maksimum informasiya yazılışını ən azı 500 dəfə üstələyir.

Modulda informasiya bu şəkildə təşkil edilib: bitlər üç atom qalınlığında sətirdə yerləşdirilib. Yalnız iki yuxarı sətirdən “sıfır” və “rəqəm”lərin yazılması üçün istifadə edilir. Aşağı sıra xətləri bitlərdən ayırır. Çipdə ayrı-ayrı bitlər səkkiz baytdan ibarət qruplar üzrə bölünərək 64 bit təşkil edir. Bu bloklardan hər biri xüsusi konstruksiyalı “xanaya” yerləşdirilib. Bu, blokun aktiv və ya “bitlik” olmasını göstərir.

Yazma sürəti zəif olan modulun tam yazılması üçün bir neçə dəqiqə tələb olunur. İş qabiliyyətini saxlamaq üçün modul aşağı temperaturadək soyumalıdır. Alimlər informasiyanın 77 Kelvin dərəcəsində 40 saat saxlanılmasını nümayiş etdiriblər ki, bu da maye azotun temperaturuna uyğundur. Bundan başqa, atomar yaddaş üçün yüksək vakuum və təmizlik lazımdır.

“HDD” kimi müasir maqnit informasiya daşıyıcıları yazma sıxlığı üçün fundamental məhdudiyyətlidir. Alimlər maqnit domenin minimal ölçüsünə uyğun olan məhdudiyyəti aradan qaldırmaq üçün digər informasiya daşıyıcıları axtarışındadırlar.

  • Paylaş: