Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Koreyanın universiteti arasında anlaşma memorandumu imzalanıb
18.07.2016 11:18
  • A-
  • A
  • A+

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Koreyanın universiteti arasında anlaşma memorandumu imzalanıb

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Koreya Respublikasının Kənd təsərrüfatı və sosial (təbiət) elmləri Seul Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev və universitetin dekanı, professor Chyul Young Jyung imzalayıblar.

Sənəddə tərəflər arasında torpaqşünaslıq, aqrokimya və ekologiya elmləri üzrə əməkdaşlıq, torpağın şorlaşmasının qarşısını almaq məqsədilə birgə elmi-texniki tədqiqat işlərinin aparılması üçün proqramların hazırlanması, hər iki qurumun əməkdaşlarının elmi mübadiləsi istiqamətində razılıq və digər məsələlər nəzərdə tutulub.

Torpaqşünaslıq və Aqrokimya İnstitutu, həmçinin Rusiya Federasiyasının Orenburq Dövlət Aqrar Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: