www.science.az
21.01.2014 00:00

“Nizami adına Ədəbiyyat İnstitutu” adlı kitab işıq üzü görüb

AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Nizami adına Ədəbiyyat İnstitutu” kitabı çap olunmuşdur.

İnstitutun bütün tarixi mərhələlərini əks etdirən fotoşəkillərlə zəngin yeni nəşr Azərbaycan, rus və ingilis dillərində işıq üzü görmüşdür.

Akademik İsa Həbibbəylinin qələmə aldığı tarixi oçerkdə Ədəbiyyat İnstitutunun 80 ildə keçdiyi şərəfli yola nəzər salınır, elmi-tədqiqat institutunun qurucuları, Azərbaycan ədəbiyyatşünaslığının tarixində misilsiz xidmətlər göstərmiş görkəmli ziyalıların fəaliyyəti işıqlandırılır. “Ədəbiyyat İnstitutunun qurucuları”, “Ədəbi-elmi mühit”, “Müstəqillik illərində”, “Beynəlxalq elmi əlaqələr” adlı dörd bölmədən ibarət olan nəşr elmi-tədqiqat müəssisəsinin fəaliyyət göstərdiyi bütün dövrləri əhatə edir.

Akademik İsa Həbibbəylinin nəfis tərtibatla, yüksək poliqrafik üslubda “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış kitabı institutun tarixini və bu qurumdakı elmi sferanı müfəssəl əhatə edən dəyərli nəşrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.