Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.07.2016 17:50
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər

Botanika İnstitutunun əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər

AMEA-nın Botanika İnstitutunun elmi katibi, b.ü.f.d. Xuraman Xəlilova, bu müəssisənin Etnobotanika laboratoriyasının müdiri, professor Səyyarə İbadullayeva və əməkdaşı Həsrət Məmmədova Türkiyənin Antalya şəhərindəki Pamukkale Universitetində keçirilən “SEAB-2016. Avrasiyada Biomüxtəliflik” mövzusunda II Beynəlxalq simpoziumda iştirak ediblər.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Belarus və Rusiyadan olan alim və mütəxəssislər Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti və biomüxtəlifliyin qorunması üzrə problemləri müzakirə ediblər.

Beynəlxalq tədbirdə S.İbadullayeva “Azərbaycan florasında etnobotanik araşdırmaların nəticələri”, X.Xəlilova isə “Xlorid duzluluğu şəraitində halofit və qlikofitlərin qarşılıqlı əlaqəsi. Bioloji meliorasiya” mövzusunda məruzələrini təqdim ediblər.

Azərbaycanlı alimlərin məruzələri simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: