Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

14.07.2016 09:45
  • A-
  • A
  • A+

Şərur rayonunda aparılan arxeoloji qazıntılar zamanı Orta Tunc dövrünün erkən mərhələsinə aid qala divarları aşkar olunub

Şərur rayonunda aparılan arxeoloji qazıntılar zamanı Orta Tunc dövrünün erkən mərhələsinə aid qala divarları aşkar olunub

2016-cı ilin iyun-iyul aylarında Şərur rayonunun Dizə kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı Orta Tunc dövrünün erkən mərhələsinə aid qala divarları aşkar olunub.

Ekspedisiyanın rəhbəri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdən aldığımız məlumata görə, karbon analizlər qala divarının e.ə. III minilliyin sonunda, e.ə. 2135-ci ildə inşa edildiyini göstərir.

Onun sözlərinə görə, indiyədək Yaxın Şərq və Cənubi Qafqazda e.ə. III minilliklə tarixlənən qala divarları aşkar olunmadığından bu fenomenal hadisə regionun tarixi üçün inqilabi hadisə kimi qiymətləndirilir.

V.Baxşıliyev bildirib ki, Orta Tunc dövünə aid qala tipli yaşayış yerləri Naxçıvan üçün xarakterikdir. Müdafiə tikintilərinin mövcudluğu e.ə. III minillikdə Naxçıvan ərazisində böyük hərbi potensiala malik güclü tayfa ittifaqının formalaşdığını göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: