Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Şollar unikal su qurğusu” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək
14.07.2016 09:17
  • A-
  • A
  • A+

“Şollar unikal su qurğusu” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

16 mart 2017-ci il tarixində AMEA-nın və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Şollar unikal su qurğusu” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

Tədbir “Şollar-Bakı Su Qurğular Kompleksi”nin 100 illiyi ilə əlaqədar təşkil olunacaq.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini 01 dekabr 2016-cı il tarixinədək konfransın Təşkilat Komitəsinə göndərə bilərlər.

Məruzələrin tərtibatına dair tələblər: 

- Mətnlər Word-A4 formatında 3-5 səhifə həcmində olmalıdır;

- Times New Roman, 12 şrift, interval 1 sm, yuxarı və aşağıdan 2 sm, sağdan 1,5 sm, soldan 2,5 sm yazılmalıdır;

- Müəllifin adı, soyadı, atasının adı, çalışdığı təşkilatın adı və elektron adresi səhifənin yuxarısında yazılmalıdır;

- Ədəbiyyat siyahısı və məqalədə onlara istinadlar edilməlidir;

- Məqalələrin mətni elektron formada təqdim olunmalıdır;

- Məqalələr Azərbaycan, ingilis və rus dillərində yazıla bilər.

E-mail: elmgeo@rambler.rureyhan@list.ru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: