Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Türkiyənin elm müəssisəsi ilə AMEA-nın Coğrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb
14.07.2016 08:48
  • A-
  • A
  • A+

Türkiyənin elm müəssisəsi ilə AMEA-nın Coğrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Türkiyənin Dokuz Eylül Universitetinin Dəniz Elmləri və Texnologiyaları İnstitutunun (IMST) direktoru, professor Erdeniz Yozel və AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun iştirakı ilə bu iki müəssisə arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə birgə elmi-tədqiqat proqramları həyata keçirəcəklər. Beş il üçün nəzərdə tutulan memorandumun müddəti qarşılıqlı razılıq əsasında uzadıla bilər.

Qeyd edək ki, anlaşma memorandumunun əsası bu ilin fevralında türk okeanoloqları – Beynəlxalq İslam Dövlətlərarası Elmi-Texniki Okeanologiya Şəbəkəsinin icraçı direktoru, professor Mustafa Ergün və Dokuz Eylül Universitetinin professoru Günay Çifçinin Coğrafiya İnstitutuna səfəri zamanı qoyulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: