Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Cənubi Koreya Respublikası səfirinin qonağı olub
12.07.2016 09:54
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Cənubi Koreya Respublikası səfirinin qonağı olub

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Sukinin qonağı olub.

Səfirliyin iqamətgahında təşkil olunan görüşdə muzeyin direktor müavinləri - tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalova, tarix üzrə fəlsəfə doktoru Həbibə Əliyeva, həmçinin muzeyin şöbə və fond müdirləri, tarix üzrə fəlsəfə doktorları - Gülzadə Abdulova, Afət Rüstəmbəyova, Sevinc Vahabova iştirak ediblər.

Akademik N.Vəlixanlı səfirə muzeydə həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə Azərbaycan və Cənubi Koreya arasında mövcud dostluq əlaqələrindən söhbət açılıb, hər iki ölkənin muzeyləri arasında qarşılıqlı əməkdaşlığın perspektivləri, birgə səyyar sərgilərin təşkili məsələləri müzakirə olunub.

Sonda N.Vəlixanlı səfir Çoi Sukinə işgüzar dəvət üçün təşəkkür edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: