Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Rusiyanın Voronej Dövlət Universitetində keçirilən “Fiziki-kimyəvi analiz” mövzusunda XI Beynəlxalq Kurnakov elmi konfransında iştirak edib.
Konfransın plenar iclasında azərbaycanlı alimin “Fiziki-kimyəvi analiz topoloji izolyatorların materialşünaslığında” mövzusunda məruzəsi dinlənilib.
Səfər çərçivəsində M.Babanli Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Rusiyanın bir sıra elmi müəssisələri, o cümlədən Voronej Dövlət Universiteti ilə birgə elmi-tədqiqat işləri və gələcək əməkdaşlıq planlarını müzakirə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.