Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiyaya giriş” kitabı çapdan çıxıb
10.07.2016 19:18
  • A-
  • A
  • A+

“Türkologiyaya giriş” kitabı çapdan çıxıb

Azərbaycanda Atatürk Mərkəzi tərəfindən bu qurumun direktoru, AMEA-nın müxbir üzvü Nizami Cəfərovun “Türkologiyaya giriş” kitabı nəşr olunub.

Kitabın elmi redaktoru fəlsəfə doktoru Vəfa Abbasova, rəyçiləri tanınmış türkoloq professorlar Məmmədəli Qıpçaq, Buludxan Xəlilov və Yadigar Əliyevdir.

Həm ölkəmizdə, həm də türk dünyasında tanınan professor N.Cəfərov bu əsərdə türkologiyanın ən aktual problemlərinə toxunub. Belə ki, etnoloji elmlərdən biri olan türkologiyanın əsaslarını özündə ehtiva edən “Türkologiyaya giriş” kitabı əsas diqqəti türklərin mənşəyi, müasir türk xalqlarının ortaq əcdadları olan qədim türklərin etnoqrafiyası, ictimai-siyasi quruluşu, dünyagörüşü, dili, ədəbiyyatı, mədəniyyəti, türklərin diferensiasiyası prosesinin nəticəsi olaraq türk xalqlarının təşəkkülü, həmin xalqların ortaq və fərqli xüsusiyyətləri, müasir türk dünyası: diferensiasiya və inteqrasiya problemləri üzərində cəmləşdirir. Bu baxımdan yenicə çapdan çıxmış bu əsər türkologiya elminə sanballı töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: