www.science.az
05.07.2016 11:12

Milli Azərbaycan Tarixi Muzeyi qızıl bilərzik fraqmenti əldə edib

AMEA-nın  Milli Azərbaycan Tarixi Muzeyi zərif zinət əşyası - qızıl bilərzik fraqmenti əldə edib. Bu qiymətli metal 2010-cu ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəmkir arxeoloji ekspedisiyası tərəfindən çöl-tədqiqat mövsümündə qazıntılar zamanı tapılıb.

Ekspedisiyanın rəisi, t.ü.e.d. Tarix Dostiyev bu eksponatın təxminən X-XII əsrlərə aid olunduğunu bildirib.

Qızıl bilərzik fraqmentinin çəkisi 0,7 qramdır. Tarixi əhəmiyyətə malik bu zinət əşyası muzeyin Xüsusi Fonduna təhvil verilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.