www.science.az
04.07.2016 10:38

Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri tərəfindən arxeoloji tədqiqatlar uğurla davam etdirilir

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun alimləri arxeoloji tədqiqatları uğurla davam etdirirlər.

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyiblidən aldığımız məlumata görə, hazırda Şəmkir və Qəbələ rayonlarının ərazilərində arxeoloji tədqiqatlar aparılır. Arxeoloji qazıntıların aparılması üçün respublikanın digər bölgələrinə də arxeoloji ekspedisiyalar göndərilir.

N.Müseyiblinin sözlərinə görə, Almaniya alimləri ilə Ağcabədidə və Şəmkirdə, Yaponiya mütəxəssisləri ilə Tovuzda, Koreya Respublikasının arxeoloqları ilə Qəbələ rayonunun ərazisindəki qədim Qəbələ şəhərinin xarabalıqlarında, Fransa alimləri ilə Naxçıvanda və Tovuz rayonu ərazisində arxeoloji tədqiqatlar aparılacaq.

Son illərdə aparılmış arxeoloji tədqiqatların nəticələri barədə danışan N.Müseyibli bildirib ki, Mingəçevir ətrafında, Şəki və Zaqatala rayonlarında aparılmış tədqiqatlar nəticəsində yaşı 450-500 min il olan ibtidai insan məskənləri aşkara çıxarılıb. Aparılan arxeoloji qazıntı və tədqiqatlar tariximizin araşdırılmasında və öyrənilməsində xüsusi əhəmiyyətə malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.