Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.07.2016 14:17
  • A-
  • A
  • A+

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

Filologiya problemləri üzrə elmi şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

İyunun 30-da AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının 6-cı iclası keçirilib.

İclasda 5-i elmlər doktorluğu, 32-si isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 37 dissertasiya mövzusu müzakirə olunub. Bunlardan 10-u müəyyən səbəblərdən təsdiq edilməyib və müraciət edənlərə müvafiq tövsiyələr verilib. 

Tədbirdə “Orta əsrlərin Quran təfsirlərindəki poetik parçaların mətnbədiiləşdirici və məzmunaçıcı yükü”, “XX əsr Şimali Azərbaycan nəsri və mühacir Cənubi Azərbaycan ədəbiyyatında bölünmüş vətən və milli-mənəvi bütövlük ideyası”, “Çarpərdinin “Şərh əş-Şafiyə fit-təsrif” əsərinin tekstoloji tədqiqi”, “Müasir Böyük Britaniya və Azərbaycan ədəbiyyatında müharibə mövzusu”, “Türkiyə və Azərbaycan ədəbiyyatında ilk qadın yazıçılar”, “Müstəqillik illərinin yazıçı publisistikasında gerçəkliyə yeni baxış” və s. mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 

Müzakirələrdə filologiya üzrə elmlər doktorları Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Ramiz Əsgər, Rəhilə Qeybullayeva, Atamoğlan Həsənov, Aida Qasımova, Azadə Musayeva, Bədirxan Əhmədov, Bilal İsmayılov, Qulu Məhərrəmli, Nadir Məmmədli, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli, Şirindil Alışanov çıxış edərək fikir və təkliflərini bildiriblər.

Tədbirdə Filologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclasının sentyabr ayında keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: