www.science.az
01.07.2016 11:35

Almaniyada qum dənəsi ölçüsündə linzalar çap edilib

Almaniya mühəndisləri üçölçülü printer (3D) vasitəsilə çip və ya digər qurğu daxilində insanın saçı qalınlığında miniatür linzalar çap etməyə başlayıblar. Bu, qum dənəsi ölçüsündə həqiqi “casus” kameralarının yaradılmasına yol açır.

ria.ru saytı xəbər verir ki, Almaniyanın Ştutqart Universitetinin mütəxəssisi Timo Qissibl və onun həmkarları “3D” lazer printer vasitəsilə sərbəst forma və ölçüdə linzalar çap etməyə yiyələnməklə onların miniatür şəklə salınmasına mane olan bütün problemlərin həllini tapmağa nail olublar.

T.Qissibl qeyd edib ki, belə linzalar və onun hazırlanma sistemi bir çox sahələrdə tətbiq oluna bilər. Məsələn, onların əsasında miniatür kameraları inyeksiya iynəsindən keçərək insan orqanizminə adi şpris vasitəsilə daxil etmək mümkün olacaq.

Eləcə də, daha müasir izləmə sistemlərinin və digər mürəkkəb optik qurğuların tətbiqinə imkan verəcək.