AMEA Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Dədəm Qorqud belə demiş” kitabı üç dildə nəşr olunub.
Nəşrdə Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanındakı aforizmlər, hikmətli sözlər, müdrik kəlamlar ilk dəfə Azərbaycan, ingilis və rus dillərində dərc olunub.
Kitabın elmi redaktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli nəşrə “Qorqud atanın müdrikliyi” adlı “Ön söz” yazıb.
Toplunun elmi məsləhətçisi Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.