www.science.az
21.01.2014 00:00

Akademik Georq Xazai və professor Ramazan Qorxmaz AMEA Mərkəzi Elmi Kitabxanasında olublar

Görkəmli türkoloq, Macarıstan Elmlər Akademiyası (EA) Türkoloji Araşdırmalar İnstitutunun direkoru, akademik Georq Xazai, alimin qızı Sisilya, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, akademik İsa Həbibbəyli və Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmaz AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar.

Bu səbəblə kitabxananın sərgi zalında G.Xazainin şəxsi kolleksiyasından ibarət sərgi nümayiş etdirilib. Sərgiylə tanış olan alim ona göstərilən diqqət və qayğıya görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib.

MEK-in direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli G.Xazaiyə kitabxanaya bağışladığı şəxsi kolleksiyasına görə minnətdarlığını bildirib, kolleksiyanın MEK tərəfindən nəşr olunmuş çap kataloqunu alimə təqdim edib.

Səmimi görüşdən məmnunluğunu ifadə edən G.Xazai birgə əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayıb, əsərlərindən ibarət yeni kitablarını MEK-ə hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.