Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Qəbələdə e.ə. III minilliyə aid kurqan aşkarlanıb
28.06.2016 17:39
  • A-
  • A
  • A+

Qəbələdə e.ə. III minilliyə aid kurqan aşkarlanıb

Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı e.ə. III minilliyə aid kurqan aşkar edilib.

Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayevdən aldığımız məlumata görə, diametri 35 metr olan kurqanın dəfn kamerası 4 metr daş və 3 metr torpaq qatı altından aşkarlanıb. Bu kurqanın Qəbələ ərazisində yaşayan qəbilə, tayfa başçılarının dəfn edildiyi yer olduğu məlum olub.

Qeyd edək ki, 1971-ci ildə həmin ərazidə arxeoloji qazıntılar zamanı iki ədəd xırda kurqan aşkar edilmiş, kurqanlar açılanda isə oradan böyük dəfinə tapılmışdır. Alimlər bu dəfinəni analiz edərək Azərbaycan ərazisində pul sikkələrinin çap olduğunu və yerli xalqların həmin dövrdə beynəlxalq ticarətə qoşulduğunu təsdiqləyiblər.

İ.Babayev bildirib ki, yeni tapılan tayfa başçısının kurqanı isə Azərbaycan və Koreya arxeoloqlarından ibarət beynəlxalq ekspedisiya tərəfindən öyrəniləcək.

Ərazidə arxeoloji araşdırmalar davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: