Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalı “Thomson Reuters” agentliyinin bazasına daxil edilib
28.06.2016 15:23
  • A-
  • A
  • A+

“Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalı “Thomson Reuters” agentliyinin bazasına daxil edilib

“Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalı dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” agentliyinin bazasına daxil edilib.

Agentlik hər hansı jurnalı öz bazasına daxil edərkən nəşrin vaxtı-vaxtında çap edilməsini, məqalələrin məzmununun maraqlı olmasını, jurnalın redaksiya heyəti və çap olunan məqalələrin müəllifləri üçün ölkə və region baxımından müxtəlifliyin gözlənilməsini və digər prinsipləri əsas götürür. Belə ki, elm müəssisəsinin bu nəşri agentliyin bazasına daxil edilməsi üçün qurumun bütün tələblərinə cavab verir.

Qeyd edək ki, “Thomson Reuters” agentliyinin bazasına bütövlükdə 12 min 700 jurnal daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: