www.science.az
28.06.2016 15:14

“Poisk”qəzetinin baş redaktorunun birinci müavini AMEA Botanika İnstitutunda olub

Rusiya Elmlər Akademiyasının “Poisk” qəzetinin baş redaktorunun birinci müavini Yelizaveta Ponarinanın başçılıq etdiyi nümayəndə heyəti AMEA-nın Botanika İnstitutunda olub.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Validə ƏlizadəMərkəzi Nəbatat Bağının direktoru v.i.e., b.ü.f.d. Vahid Fərzəliyev və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyevin iştirakı ilə keçirilən görüşdə V.Əlizadə qonağa rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri barədə məlumat verib. O, insititutun elmi fəailiyyətini işıqlandıran və ildə iki dəfə nəşr olunan “Botanika dünyası” adlı məlumat bülleteni ilə qonaqları tanış edib.

V.Əlizadə AMEA-nın Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının Rusiya Elmlər Akademiyasının Botanika İnstitutu ilə elmi əlaqələrindən, həyata keçirilən birgə layihələrdən də danışıb.

Görüşdə Azərbaycan alimlərinin elmi nailiyyətlərinin daha geniş müstəvidə tanıdılması imkanları müzakirə olunub.

Yelizaveta Ponarina isə öz növbəsində təmsil etdiyi “Poisk”  qəzeti barədə ətraflı məlumat verib. Bildirib ki, qəzetdə Rusiya və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən elmi-tədqiqat institutları, ali tədris müəssisələrinin xəbərləri, alim və mütəxəssislərin fikirləri, o cümlədən elmi kollektivlər haqqında məlumatlar və s. dərc edilir.

Sonda nümayəndə heyəti Botanika İnstitutunun Herbari Fondu və Botanika Muzeyi və Mərkəzi Nəbatat Bağının canlı kolleksiyası ilə yaxından tanış olub, mütəxəsislərdən müsahibə alıblar. Hər iki təşkilatda həyata keçirilən elmi-innovativ fəaliyyətdən bəhs edən reportaj hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.