Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına milli geyim nümunəsi daxil edilib
28.06.2016 14:17
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına milli geyim nümunəsi daxil edilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına milli geyim nümunəsi - çuxa daxil edilib.

Bu müəssisənin kolleksiyasına yeni daxil edilmiş çuxa (küləcə) tarixi və bədii əhəmiyyətinə görə çox qiymətlidir. XIX əsrin ortalarına aid çuxa qırmızı rəngli mahud parçadan tikilib. Yaxa kəsiyi, qolağzı və ətəyi təkəldüz tikmə üsulu ilə bəzədilib. Üzərində 1275-ci il hicri tarixi və “Maşallah, mübarək baxşət” sözləri yazılıb.

Qeyd edək ki, Azərbaycanın maddi mədəniyyətində geyimlər önəmli yer tutur. Tarixən geyimlərin zəngin çeşidi yaranıb, təkmilləşə-təkmilləşə günümüzədək gəlib çatıb. Bu gün dəb arenasını tərk edərək muzey eksponatlarına çevrilmiş geyimlər xalqımızın mədəni irsinin, dünyagörüşünün, zövqünün, eyni zamanda, etnogenezinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: