Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Mikrobiologiya İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib
21.01.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Mikrobiologiya İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib

AMEA Mikrobiologiya İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

Öncə Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Məmməd Salmanov bildirib ki, 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşında şanlı səhifə kimi yaşayacaq. 20 Yanvar ümumxalq hüzn günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının qəhramanlıq səlnaməsidir. Bu qanlı hadisələr o vaxtkı sovet rəhbərliyinin xalqımızın haqq səsini susdurmaq üçün planlı şəkildə həyata keçirdiyi qanlı cinayət idi. Müasir silahlarla təchiz edilən, tərkibində erməni zabitlərinin də olduğu sovet ordu birləşmələri dinc, əliyalın əhaliyə, insanlara amansız divan tutmuş, Azərbaycan xalqının milli azadlıq hərəkatını pozmağa çalışmışdır.

Akademik Məmməd Salmanov qeyd edib ki, bu qanlı faciə xalqımızın milli azadlıq ruhuna təcavüz kimi qiymətləndirilir. 20 Yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, dövlətimizin müstəqilliyi və azadlığı uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. O, 20 Yanvar hadisəsinə ilk olaraq ümummilli lider Heydər Əliyevin münasibət bildirdiyini və məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verildiyini bildirib.

Tədbirdə çıxış edən institutun direktor müavini, AMEA-nin müxbir üzvü Pənah Muradov 20 Yanvar həqiqətlərindən danışaraq, bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən və bu istiqamətdə gənclərin üzərinə düşən məsuliyyətdən söz açıb. Əminliklə vurğulayıb ki, xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri heç vaxt unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıq əməlləri daim anılacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: