Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

24.06.2016 15:25
  • A-
  • A
  • A+

İtaliyalı alimlər AMEA-nın Fizika İnstitutunda olublar

İtaliyalı alimlər AMEA-nın Fizika İnstitutunda olublar

İtaliyanın Milli Elmi Şurası Makromolekulyar Tədqiqatlar İnstitutunun (CNR-ISMAC) NMR laboratoriyasının professoru Henriette Molinari, bu laboratoriyanın əməkdaşı Laura Raqona və professor Anjelo Sironi AMEA-nın Fizika İnstitutunda olublar.

Məqsəd 2016-cı ilin yanvarında qalib olmuş “Biomaterialların struktur və fotofiziki xüsusiyyətlərinin araşdırılmasına yönəlmiş EPR, FT-PR Konfokal Raman və NMR spektroskopiyalar” Azərbaycan-İtaliya qrant layihəsi çərçivəsində aparılmış birgə tədqiqatların nəticələrinin müzakirəsi idi.

Əvvəlcə italiyalı qonaqlar Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi v.i.e., Fizika İnsitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüblər.

Görüşdə layihə çərçivəsində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Daha sonra qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda fəaliyyət göstərən maddi-texniki baza və alimlərin elmi fəaliyyəti ilə tanış olublar.

Görüşdə layihənin Azərbaycan tərəfindən rəhbəri, professor Oqtay Qasımov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini,fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov və Yarımkeçirici strukturların fotoelektrik və optik diaqnostikası laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru da Oqtay Ələkbərov iştirak ediblər.

İyunun 22-də isə professor Anjelo Sironi AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Guest induced structural modifications in porous coordinations polymers” mövzusunda məruzə ilə çıxış edib.

İtaliyalı qonaqlar AMEA-nın Nəsrəddin Tusi adına Astrofizika Rəsədxanasında da olublar. Onlara rəsədxananın tarixi, burada aparılan elmi tədqiqatlar barədə məlumatlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: