www.science.az
24.06.2016 10:49

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olanların nəzərinə!

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olanlar  2016-cı il iyunun 28-dən iyulun 11-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) aşağıdakı sənədləri təqdim etməklə AMEA-da qeydiyyatdan keçməlidirlər:

-  Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin adına ərizə;

-  Şəxsiyyət vəsiqəsinin əsli və surəti;

-  Bakalavr diplomunun əsli və surəti (2016-cı ilin məzunları ali təhsil müəssəsini bitirmək haqqında arayış təqdim etməlidirlər);

- 3x4 sm ölçüdə yeni çəkilmiş fotoşəkil.

Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyənlər qəbul olunanların siyahısından xaric ediləcək.

Ünvan: Bakı şəh., H.Cavid pros. 115, AMEA-nın Əsas binası, otaq 141.

Tel: (+994 12) 539 30 60

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.