www.science.az
24.06.2016 09:26

Yapon alimləri 2020-ci ildən süni qanın kütləvi istehsalına başlamağı planlaşdırır

Bir qrup yapon alimi 2020-ci ildən induksiya olunan gövdə hüceyrələrin (iPS-hüceyrələr) vasitəsilə süni qanın kütləvi istehsalını planlaşdırır.

Bu ilin aprelində “Megakaryon” şirkəti ilk uğurlu nümunələri yarada bilib. Korporasiyanın prezidenti Gendziro Miva Tokio Universitetinin professoru Hiromitsu Nakauti və Kioto Universitetinin professoru Kodzi Eto ilə süni qan yaradılması üzərində işə 2008-ci ildə başlayıb.

Tədqiqatçıların fikrincə, əhalinin yaşlanması şəraitində süni qan istehsalı çox vacibdir, çünki potensial donorların sayı kəskin azalıb. Bu texnologiya dünyanın qanköçürmə stansiyalarının təşkili üçün kifayət qədər şəraitin olmadığı regionlarında həkimlər üçün də vacibdir.

Hazırda “Megakaryon”un yalnız kiçik həcmdə süni qan istehsal etməyə imkanı var.

www.trt.net.tr