Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib
21.06.2016 12:56
  • A-
  • A
  • A+

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda botanika, biofizika, zoologiya, fiziologiya və mikrobiologiya ixtisasları üzrə mütəxəssislər iştirak ediblər.

Tədbirdə Elmi Şuranın sədr müavini, akademik İradə Hüseynova şuraya elmlər doktoru və fəlsəfə doktoru hazırlığı proqramları üzrə daxil olan doktorant və dissertantların mövzuları, rəhbər və  məsləhətçiləri barədə məlumat verib. Bildirib ki, mövzular əvvəlcə şuranın uyğun seksiyalarında bu sahənin mütəxəssislərinin iştirakı ilə geniş müzakirə edilib və müəyyən düzəlişlər təklif olunub. Daha sonra isə Elmi Şuranın ümumi iclasında ayrı-ayrı seksiyalardan daxil olan təkliflər ətraflı  müzakirə edilib.

İclasda 3-ü elmlər doktorluğu, 19-i isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 27 dissertasiya mövzusu müzakirə olunub. Bunlardan 22-si müəyyən dəyişikliklər edilməklə təsdiq olunub, 5 mövzu isə həmin təşkilatların Elmi Şuralarında yenidən baxılması üçün geri göndərilib. 

Müzakirələrdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Pənah Muradov, Validə Əlizadə, İlham Ələkbərov, professorlar Səyyarə İbadullayeva, Canbaxış Nəcəfov, biologiya üzrə elmlər doktorları Səftər Süleymanov, Yaşar Feyziyev, Zəkəriyyə Məmmədov, Aydın Əsgərov, b.ü.f.d. Ələmdar Məmmədov, f.-r.ü.f.d. Elman Yusifov və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: