www.science.az
21.06.2016 11:46

AMEA-nın Folklor İnstitutu ilə Türkiyə universitetləri arasında əməkdaşlıq genişlənir

Türkiyəli alimlər AMEA-nın Folklor İnstitutunda olublar.

Türkiyənin Konya Necmettin Erbakan Universitetinin professoru Ali Berat Alptekin, Elazığ Fırat və Çorum Hitit universitetlərinin müəllimləri Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanovla görüşüblər.

Görüşdə tərəflər folklorşünaslığın müasir vəziyyəti və əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.