www.science.az
22.01.2014 00:00

Məczub Təbrizinin anadilli divanı ilk dəfə olaraq çap edilib

 

“Elm və təhsil” nəşriyyatında Səfəvilər dövründə yaşamış görkəmli Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli divanı ilk dəfə olaraq çap edilmişdir.

Nəşrin ön sözündə Məczub Təbrizinin əlyazmaları, Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanan divanı, elm və anadilli poeziyamızın inkişafındakı xidmətləri barədə məlumat verilir.

Kitabı AMEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi nəşrə hazırlamışlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.