Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.06.2016 14:59
  • A-
  • A
  • A+

AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü il iyun ayının 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin tarixdən etibarən dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas olub, ölkəmiz inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoyub.

Bu fikirlər iyunun 14-də AMEA Naxçıvan Bölməsində Heydər Əliyev lektoriyasının 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan “Heydər Əliyev dərsləri” adlı  71-cı məşğələsində səsləndirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev “Ümummilli lider Heydər Əliyev: qayıdışdan qurtuluşa” adlı məruzəsində bildirib ki, 1993-cü ilin yazında ölkədaxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüşdü. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçdi – dünya şöhrətli siyasi xadim Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə sədr seçildi.

İsmayıl Hacıyev qeyd edib ki, 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində son dərəcə böyük işlər görüb. Vurğulanıb ki, ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

Sonda sənədli filmə baxış keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: