www.science.az
14.06.2016 09:58

AMEA əməkdaşları Botanika İnstitutunun Kürdəmir, Qax və Zaqatala rayonlarında yerləşən Təcrübə Dayaq Məntəqələrində olublar

AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayevİşlər İdarəsinin Aqropark sektorunun müdiri Çingiz Əliyev, Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Validə Əlizadə və Mərkəzi Nəbatat Bağının direktoru v.i.e., biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev Botanika İnstitutunun Kürdəmir, Qax və Zaqatala rayonlarının ərazisində yerləşən Təcrübə Dayaq Məntəqələrində olublar.

Əvvəlcə Kürdəmir rayonunda yerləşən Təcrübə Dayaq Məntəqəsində tarla təcrübələrinin vəziyyətinin araşdırılması və istehsalat şəraitində təsərrüfatda becərilən bitkiçilik məhsullarına baxış keçirən AMEA əməkdaşları daha sonra Qax və Zaqatala rayonlarında olublar.

Səfər AMEA Rəyasət Heyətinin 25 may 2016-cı tarixli Qərarına uyğun olaraq Şəki Regional Elm Mərkəzinin Qax stansiyası və Zaqatala Təcrübə Dayaq Mərkəzi ilə birləşdirilərək yaradılmış Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi ilə tanışlıq məqsədi daşıyırdı.

Səfər zamanı Mərkəzin əməkdaşları ilə görüş təşkil edilib, inzibati binaya və maddi-texniki bazaya baxış keçirilib və qarşıya qoyulmuş elmi problemlərə dair tədqiqat işləri müzakirə edilib. Həmçinin məhsul yığımı və əkin sahələrinin cari vəziyyəti müşahidə olunub, müvafiq tapşırıqlar verilib.

Xatırladaq ki, Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin fəaliyyəti ilə www.etkt.az İnternet saytından tanış olmaq mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.