Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Məmməd Cəfərzadənin “Azərbaycan dilinin dialekt sintaksisi” kitabı yenidən nəşr olunub
13.06.2016 15:01
  • A-
  • A
  • A+

Məmməd Cəfərzadənin “Azərbaycan dilinin dialekt sintaksisi” kitabı yenidən nəşr olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Məmməd Cəfərzadənin “Azərbaycan dilinin dialekt sintaksisi” kitabı yenidən nəşr olunub.

İlk dəfə 1990-cı ildə çapdan çıxmış monoqrafiyanın təkrar nəşri institutun Azərbaycan dili tarixi şöbəsinin əməkdaşı Vahidə Cəfərzadə tərəfindən hazırlanıb.

Kitabda Azərbaycan dili dialektlərinin sintaktik quruluşu tədqiq olunur, indiyədək bəlli olmayan söz birləşmələri, cümlə strukturları və öyrənilməmiş kateqoriyalardan bəhs olunur. Əsərdə dilçilikdə dialekt sintaksisi problemi, dialektlərin sintaktik cəhətdən təsnifi, dialektlərlə ədəbi dilin qarşılıqlı əlaqəsi, türkologiyada mürəkkəb cümlə ilə bağlı məsələlər nəzərdən keçirilir.

Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Vaqif Aslanov, rəyçisi filologiya elmləri doktoru Musa İslamov, ön sözün müəllifi isə professor Qəzənfər Kazımovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

 

  • Paylaş: